Bu ilin yanvar-aprel aylarında 240 ton çay ixrac edilib

Bu ilin yanvar-aprel aylarında 240 ton çay ixrac edilib.

Sherg.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən çayın dəyəri 2,1 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə 3,3 milyon dollarlıq 536 ton çay ixracı həyata keçirilib.

Hesabat dövründə 3 min 548 ton bitki və heyvan mənşəli yağlar və piylər ixrac olunub ki, onun da dəyəri 6,6 milyon dollar təşkil edib. Keçən il dəyəri 12,8 milyon dollar olan 7 min 142 ton bitki və heyvan mənşəli yağlar və piylər ixrac olunub.

Dörd ayda şəkər tozunun ixracında artım olub. Belə ki, yanvar-aprel aylarında 17,2 min ton şəkər tozu ixrac olunub. İxracın dəyəri 12,3 milyon dollar təşkil edib. 2022-ci ildə isə məbləği 8,9 milyon dollar olan 14 min ton şəkər tozu ixracı həyata keçirilib.

Tərəvəz və meyvələrin emal məhsullarının ixracında da yanvar-aprel aylarında artım müşahidə olunub. Dörd ayda 8 min 340 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac olunub. İxracın dəyəri 11,4 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə 6,5 milyon dollarlıq 5 min 498 ton tərəvəz və meyvələrin emal məhsulları ixrac olunub.