Komitədə Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyası müzakirə edildi
18:25 14.01.2020
İqtisadiyyat
663
Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla görüşüb.
DGK-dan verilən məlumata görə, geniş tərkibdə keçirilən görüşdə Komitə sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, “Garland İnternational” məsləhətçi şirkətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Qonaqları səmimiyyətlə salamlayan DGK-nın sədri S.Mehdiyev öncə gömrük sistemində həyata keçirilən islahatlardan bəhs edib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gömrük sistemində aparılan islahatlar gömrük prosedurlarının sadələşdirilməsinə, ölkənin ixrac və tranzit potensialının artmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asanlaşdırılmasına, gömrük işinin müasir tələblərə uyğun qurulmasına şərait yaradıb.
S.Mehdiyev onu da qeyd edib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən ölkəmiz beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan Azərbaycan Respublikası xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də səmərəli və işgüzar münasibətlərin qurulmasına önəm verir. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdıran Komitə sədri Ələt Azad İqtisadi Zonasının yaradılmasının Azərbaycan, eləcə də region üçün əhəmiyyətindən bəhs edib. Gömrük prosedurlarının həyata keçirilməsi ilə bağlı hər hansı problemin olmayacağını qeyd edən DGK sədri mükəmməl qanunvericilik bazasına malik, tam elektronlaşdırılmış gömrük sisteminin imkanlarının bu cür layihələrin uğurla reallaşdırılmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərov son illər aparılan davamlı islahatların ölkəmizin iqtisadi qüdrətinin daha da güclənməsinə, eləcə də gömrük xidmətinin dinamik inkişafına təkan verdiyini bildirib.
Diqqətə çatdırılıb ki, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanı regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevirmək strategiyasının tərkib hissəsi olub və bu dəhlizlərin kəsişməsində yerləşən ölkəmiz tranzit imkanlarının genişləndirilməsində həlledici rol oynayır. Yeni limanın ərazisi də daxil olmaqla ətraf ərazidə yaradılacaq Ələt Azad İqtisadi Zonası mühüm nəqliyyat qovşağı olan limanı tranzit və daşımalar üçün daha geniş imkanlarla təmin edəcək. Azad İqtisadi Zona beynəlxalq yükdaşıma və Avropa-Asiya logistika zəncirlərində aparıcı rol oynamaqla yanaşı, yerli istehsalın təşviqinə də öz töhfəsini verəcək.
Sonra “Garland İnternational” məsləhətçi şirkətinin eksperti Coi Tobin Ələt Azad İqtisadi Zonasının baş plan konsepsiyasının təqdimatını keçirib.
Təqdimat başa çatdıqdan sonra bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya