Qeyri-neft sektorunda istehsal artıb
17:38 21.01.2020
İqtisadiyyat
626
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2019-cu ildə 46,7 milyard manatlıq və ya 2018-ci illə müqayisədə 1,8 faiz çox sənaye məhsulu istehsal edilib. Sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 14,3 faiz artıb.
Bu barədə Dövlət Statistika Komitəsinin (DSK) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sənaye məhsulunun 69,9 faizi mədənçıxarma sektorunda, 25,2 faizi emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 3,3 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 27,7 faiz artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,9 faiz, tütün məmulatlarının istehsalı 80,7 faiz, hazır metal məmulatlarının istehsalı 80,0 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 51,8 faiz, poliqrafiya məhsullarının istehsalı 42,2 faiz, içkilərin istehsalı 41,4 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 33,2 faiz, mebel istehsalı 29,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 27,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 25,6 faiz, kağız və karton istehsalı 25,5 faiz, geyim istehsalı 22,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 22,0 faiz, əczaçılıq məhsullarının istehsalı 20,6 faiz, qida məhsullarının istehsalı 10,8 faiz, tikinti materiallarının istehsalı 5,0 faiz, elektrik avadanlıqlarının istehsalı 1,1 faiz, maşın və avadanlıqların istehsalı 1,0 faiz artmış, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 3,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 9,5 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 17,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 17,7 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 3,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,0 faiz artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya