Afaq Bəşirqızı:“Rafael Dadaşovun vəfatı mədəniyyətimiz üçün böyük itkidir”

Dünən Azərbaycan incəsənətinə ağır itki baş verib. Tanımış aktyor, xalq artisti Rafael Dadaşov vəfat edib.  
Qeyd edək ki,  aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi.

Xalq artisti Afaq Bəşirqızı da «Sherg.az»a açıqlamasında bunun Azərbaycan üçün ağır itki olduğunu söylədi:
“Rafael Dadaşov kimi dəyərli  sənətkarı , istedadlı aktyoru itirdik. Azərbaycan mədəniyyətində böyük itkidir.”

Qeyd edək ki, mərhum aktyor bu gün ikinci Fəxri xiyabanda dəfn olunacaq.

Samirə Ərəbova