Mənsum İbrahimov: “Təhsilsiz sənətkar olmur.Mahnı oxumağa iddialı olan gənclər birinci növbədə bu sənətin təhsilni almalıdır. Biliksiz, təsadüfi müğənnilər sənətdə qalıcı ola bilməzlər”
Azərbaycan musiqsi ilə əlaqəsi olmayan şit, bayağı mahnılar gündən-günə zövqləri korlamağa davam edir. Həmin mahnıları ifa edən müğənniləri tez –tez efir məkanımızda görürük.Telekanallar reytinq xatirinə ucuz, bayağı toy mahnıları ilə efir mədəniyyətini korlayırlar.Nəticə də həmin müğənnilər verlişlərin onlara olan “tələbat”ından güc alaraq özlərini sənətkar belə adlandırırlar.Sənətdə qalıcı olacaqlarını düşünürlər.
Əlbəttə, bu hal mədəniyyət, incəsənət cameəsində, eləcə də cəmiyyətdə narazılıqlara, bəzən isə hiddətə səbəb olur. Çünki bayağılığı təbliğ edənlər televiziyalar vasitsəsilə istəmədən evlərimizin qonağı olurlar .
Sənət dünyasındakı məlum vəziyyətlə bağlı “Sherg.az”a danışan tanınmış xanandə, xalq artisti Mənsum İbrahimov da söylədi ki, müğənniliyə iddialı olan gənclər bu sənətin təhsilini almalıdır:
“Muğam professoruyam.Mənim üçün sənət önəmlidir.Düşünürəm ki, müğənnilik etmək istəyən hər kəs sənət öyrənməlidir, təhsil almalıdır.Təhsilsiz sənətkar olmur.Mahnı oxumağa iddialı olan gənclər birinci növbədə bu sənətin təhsilni almalıdır. Sonra sənətlə məşğul ola bilərlər. Biliksiz, təsadüfi müğənnilər sənətdə qalıcı ola bilməzlər. Sabun köpüyü kimi müvəqqətidirlər. Hər sənətin öz bilikləri olur, hər şey təhsil üzərində qurulur.
Xanandə onu da qeyd etdi ki, keçici mahnılar Azərbaycan musiqisini korlayır:
”Həmin müğənnilərdən də çox onları piyar edən bəzi telekanallar musiqmizə ziyan vurur. Bayağı musiqilər deyil, əsl sənət təbliğ olunmalıdır”
Samirə Ərəbova