Meyxanaçı Ağakərimin səhhəti ağırdır: “Yeriyə bilmir, yaddaşı gedib-gəlir” 


Uzun müddətdir, meyxanaçı  Ağakərim  sağlamlığı ilə bağlı problemlər yaşayır. Qeyd edək ki,  söz  ustadının 2017-ci ilin mart ayında beyninə qan sızıb və xeyli zamandır bu xəstəlikdən əziyyət çəkir.
Ustadın oğlu Kamil atasının sağlamlığı haqqında  “Sherg.az”a açıqlama verib :     

-Ağakərim müəllimin  səhhəti  necədir? 

-6 aydan çoxdur ki, müalicə alır. Yataq xəstəsidir. Yeriyə bilmir, yaddaşı gedib-gəlir. Real danışmaq lazımdır. Hazırda vəziyyəti belədir.

-Xəstəxanada, həkim nəzarətində müalicə alır, yoxsa evdə? 

-Xəstaxanaya aparıram  5 gün həkim nəzarətində qalır, resept yazılır.  6 aydır ki, eyni reseptlə müalicəsi davam edir.

-Müalicəsi üçün xarici ölkələrə göndərilə bilərmi?

- Həkimlər  xaricdə müalicə ilə bağlı bir söz deməyib. Azərbaycanda müalicəsi davam edəcək.   
 
- Bəs meyxanaçı dostlarından onu ziyarətə gələnlər varmı? 

- Gələnlər də, gəlməyənlər də sağ olsun. Amma əsas həmişə ziyarət edən Ağamirzə müəllimdir. Bir də tələbələri - Elşən Balaxanı,Tərlan Novxanı, Balaəli  Maştağalı gəlirlər.  Həmişə ziyarət edən onlardır.

Samirə Ərəbova