Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Xankəndindən seçilən millət vəkili Tural Gəncəliyev Tarda "Şuşanın dağları" mahnısını ifa edib. "Sherg.az" xəbər verir ki, parlamentari bu ifanı öz Feysbuk hesabında paylaşıb.
İfa sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Məlum ifanı daha kövrək və təsirli edən T.Gəncəliyevin özünün Şuşada doğulub boya -başa çatması və illərdir yurd həsrəti ilə yaşamasıdır. Bu mənada İcma sədrinin ifasında Şuşa nisgili, Şuşa möhnəti özünü aydın şəkildə büruzə verir.