Xalq artistinin xaricdə təhsil alan nəvəsi qəflətən dünyasını dəyişib


Xalq artisti, tanınmış rejissor Vaqif Əsədovun nəvəsi Emil gənc yaşlarında vəfat edib.

Bu barədə Sherg.az-a Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumata görə, xarici ölkədə təhsil alan Emil qəflətən dünyasını dəyişib. 

Qeyd edək ki, Vaqif Əsədovun oğlu Oqtay Əsədov da ötən il 22 oktyabrda koronavirusdan vəfat etmişdi.

Allah rəhmət eləsin!
 
Turan Etibaroğlu