"Gülə-gülə, Mehdi usta"


Aktyorların vida sözləri hamını təsirləndirdi

 Tanınmış aktyor İbrahim Çelikkol,  aktrisa Demet Özdemir ilə baş rolda oynadığı "Doğduğun Ev Kaderindir" serialından senari üzrə ayrılıb. İki məşhur bu vidadan sonra emosional paylaşımlar edib. 
TV8 kanalında nümayiş olunan "Doğduğun  Ev  Kaderindir" teleserialının srağagün axşam yayımlanan 37-ci seriyasında olduqca təsirli vida səhnəsi yaşanıb.  Baş rol aktyorlarından olan İbrahim Çelikkolun canlandırdığı "Mehdi" vurularaq qətlə yetirilib. 
Bu səhnədən sonra tanınmış aktyor İ.Çelikkol rəsmi instagram hesabından vida haqqında paylaşım edib: "Əlvida, Mehdi usta. Xəyalları yarımçıq qalan hər kəsə həsr olunur" ... 
"Və sevgili ortağım Demet Özdemir. Bu son deyil, uzun müddət yenidən görüşəcəyimizə əminəm. Bütün oyun yoldaşlarım, hamınıza ayrı-ayrılıqda təşəkkür edirəm. Prodüserimiz Onur Güvenatam, rejissorumuz Çağrı Bayrak və ilk gündən indiyə qədər birlikdə çalıştığım dostlarım, yaxşı ki varsız. İzləyicilərimizə isə demək istəyirəm ki, Zeynəbin hekayəsi tamamlansın deyə Mehdininki sonlandı. Artıq mən də sizin kimi bu hekayəni ekrandan izləyəcəyəm. Salamat qalın". 
"Gülə-gülə, Mehdi usta"- deyə Demet Özdemir də öz hesabından paylaşım edərək, rol ortağına ürək sözlərini əlavə edib: "Məni həmişə dəstəklədin. Səninlə bu rolu paylaşdığım üçün daim sevinclə baxacam keçmişimizə. Sən çox gözəl insansan, İbrahim Çelikkol! Çox xoşbəxtəm ki, bu senaridə rollarımız kəsişib".