Flora Kərimova göz yaşlarına hakim ola bilmədi:“Qorxu içindəyəm”

Xalq artisti Flora Kərimova Vətən müharibəsi şəhidlərinin Anım Günündə göz yaşlarına hakim ola bilməyib.
“Sherg.az” xəbər verir ki, Zaur Baxşəliyevin “Bizimləsən” proqramında qonaq olan sənətkar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın hərbçilərimizlə  yürüşünə baxıb kövrəlib. O, duyğularını bu sözlərlə ifadə edib:
“Hələ məktəbdə uşaqları sıraya düzürlər,  şəhidlərin adlarını çəkirlər, həmin cocuqlar onların yerinə “Mən” deyirlər.  Yəni mən də sabahın əsgəriyəm, ölümə gedərəm. Bilmirəm necə edim? Ağlamaqdan utanıram.  Çünki bu gün sevinməliyik. Ancaq bacarmıram, çünki qorxu içindəyəm. Elə bil, anan xəstələnir, qorxursan ki, dünyasını dəyişər, yapışırsan ondan ki, amandır, Allah, əlimdən alma.  Mənim 80 yaşım var, yalvarıram ki, Allah, Azərbaycanı alma əlimdən”.
Xatırladaq ki, 27 Sentyabr Son Qarabağ savaşının ildönümündə Ali Baş Komandan İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və 3 minə yaxın hərbçi şəhidlərimizin fotoları ilə yürüş edib.