Pərviz xəstəxanadan evə buraxıldı 

Beyninə qan sızan müğənni-bəstəkar Pərviz Mahmudov sağalıb.

Axşam.az xəbər verir ki, sənətçi xəstəxanadan evə buraxılıb. Bu haqda Pərviz özü məlumat verib.

Övladları ilə fotosunu yayımlayan müğənni "Allaha çox şükür" qısa şərhini yazıb.

Qeyd edək ki, beyninə qan sızan Pərviz noyabrın 10-dan xəstəxanaya yerləşdirilib.