“Bəyin oğurlanması” filminin aktyoru vəfat etdi


Rusiyanın Əməkdar artisti Rəsmi Cəbrayılov vəfat edib.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, aktyor dünən axşam uzun sürən xəstəlikdən sonra 90 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Rəsmi Cəbrayılov 1932-ci il dekabrın 8-də Rusiyanın Dağıstan Respublikasının Qasımkənd rayonunda anadan olub.

R.Cəbrayılov 1964-cü ildən Taqanka Teatrında çalışıb. 2002-ci ildə Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına daxil olub.

O, həmçinin “1001-ci qastrol”, “De ki, məni sevirsən!”, “İşgüzar səfər”, “Nizami”, “Bəyin oğurlanması”, “Alman klinikasına şəxsi səfər” və “Ölsəm, bağışla” kimi məşhur Azərbaycan filmlərində də rol alıb.