Adına layiq olmayan “mədəniyyət evi” - VİDEO

Ağdaşın Aşağı Ləki kənd Mədəniyyət evi ötən əsrin ortalarında istifadəyə verilib.
Yaşlı nəsil ovaxtkı dövrü az-çox xatırlasa da, gənc nəsil binanın təyinatından, burada nə cür tədbirlərin keçirildiyindən xəbərsizdir. Çünki bina bərbad vəziyyətdədir.
Sakinlər binanın əsaslı təmir olunaraq kənd camaatının istifadəsinə verilməsini istəyir.
Hazırda bu binada 3 qurum yerləşir: kənd bələdiyyəsi, icra nümayəndəliyi və mədəniyyət evi. Amma kəndin nə daimi bələdiyyəsi var, nə də adına layiq olan mədəniyyət evi.
Tamaşalar, səhnəciklər, ümumən mədəni-maarif tədbirləri bu kənddən, demək olar ki, uzaqdır. Ağsaqqalların sözlərinə görə, Aşağı Ləki kəndində ən son səhnəcik 20-ci əsrin sonlarında tamaşaya qoyulub. O gündən bu günə kimi isə bina tamamilə əhəmiyyətini itirib.
Kənd sakinləri deyir ki, başlıca səbəb mədəniyyət evinin həddən artıq yararsız və əlverişsiz olmasıdır.
Daha ətraflı Baku TV-nin süjetində: