Şah Mat Teatrında premyera olacaq 

Mayın 6-da Müstəqil Şah Mat Teatrında dünya şöhrətli Alman şair-dramaturqu, mütəfəkkiri Y.V.Hötenin “Gənc Verterin iztirabları”əsərinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olacaq.
Şah Mat Teatrının bədii rəhbəri Mir Qabil Əkbərovun amansız teatr üslubunda quruluş verdiyi tamaşada rolları Fərid Vəliyev,Günel İmanova,Cavid Cavadzadə,Fərid Kazakov, Ellada Abdullazadə ifa edəcək.
Xronometrajı 1 saat səhnə əsərinin ssenari müəllifi Mirtalib Həsənov, quruluşçu rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Səid Abbasovdur.
Qeyd edək ki, tamaşa 13+ hazırlanıb. Tamaşanın biletlərini iticket.az saytından əldə bilərsiniz.