Manaf Ağayev dəbdəbəli villasında Rəqsanəni qonaq etdi - VİDEO

Manaf Ağayev müğənni Rəqsanəni villasında qonaq edib.
Bu barədə Xəzər TV-də yayımlanan “Şourum” verilişi süjet hazırlayıb.
Belə ki, artıq bir neçə ildir ki, Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Bakıya gəlib.
Sənətçi vətənə qayıdar-qayıtmaz həmkarı Manaf Ağayevin qonağı olub. Ağayev Rəqsanəni dəbdəbəli evində qarşılayıb. 
Rəqsanə “Bakıya gələn kimi birbaşa qardaşımın evində gəldim” deyə müsahibəsində qeyd edib:
“İlk dəfədir, Manafın bağ evindəyəm. Maşallah. Görmüşdüm, amma qonaq olmamışdım”.
Bu sözlərdən sonra Ağayev Rəqsanənin ünvanına xeyli tərif yağdırıb:
“İlk sənətə gəldiyim anlardan çox gözəl münasibətimiz olub. Məni ona bağlayan onun hərəkətləridir. Mərd qızdır”.
Daha ətraflı süjetdə: