ŞAH MAT Teatrı beynəlxalq festivalda iştirak edib

Müstəqil Şah Mat Teatrının yaradıcı kollektivi Türkiyə Cümhuriyyətinin Dənizli şəhərində keçirilən ənənəvi Beynəlxalq Teatr Festivalında məhşur rumin dramaturqu Matey Visnekin "Qoca klon tələb olunur" əsərinin motivləri əsasında hazırlanan “Üstdəki dərinliklər” adlı tamaşa ilə Azərbaycanı təmsil edib.

Məlumat üçün bildirək ki, Çatalçeşme Oda Teatrının səhnəsində oynanılan tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Günel İsgəndərova, geyim üzrə rəssamı Səbinə Abutalıbzadə, musiqi tərtibatçısı Şükür Babayevdir.

Tamaşada rolları Anar Bulud, Fərid Vəliyev, Anar İbrahimov, Səid Abbasov, Orxan Abışov ifa edir.

Absurd üslubunda qurulan tamaşada hadisələr üç fərqli obrazın ətrafında baş verir. Üç nəfər daim bir olmaq uğrunda mübarizə aparır. Lakin hansısa qara qüvvələr buna mane olur. Sonda müsbət xarakter kimi qələmə verdiyimiz "Ağ qüvvə" onları düşdükləri bu vəziyyətdən çıxarmağa çalışır.
Məlumat üçün bildirək ki, Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb