Həmyerlimiz opera ifaçılığı üzrə öncə Ukraynada sonra isə Amerikada qalib oldu 

Amerikanın "New -York şəhərində "American Protégé International Vocal Competition 2022" Beynəlxalq Opera ifaçılarının Vokal Müsabiqəsindən Urfan Cəfərov 21 ölkə iştirakçısı arasından 1-ci yerin qalibi olub.
"Sherg.az" xəbər verir ki,  "American Protégé" Beynəlxalq Vokal Müsabiqəsi çox rəqabətli mühitdə özlərini sınamaq istəyən müğənnilər üçün nəzərdə tutulub. Müsabiqə bütün yaş, millət və ölkədən solo vokalçılar iştirak edə bilərdilər. Urfan Cəfərov  ABŞ-ın müxtəlif ştatları, Ermənistan, Avstriya, Bosniya və Herseqovina, Kanada, Çin, Danimarka, Honq-Konq, Hindistan, İndoneziya, İran, Yaponiya, Litva, Malayziya , Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, Şri Lanka, Tayland və Birləşmiş Ərəb Əmirliklərindən yüksək səviyyəli ifaçılar arasından şəffaf və ciddi rəqabətdən  bu qalibiyyəti qazanıb. Bununla da Urfan Cəfərov "Carnegie Holl" da keçiriləcək çox nüfuzlu vokalçıların müsabiqəsinin final mərhələsinə bir başa vəsiqə qazanıb.

Onu da qeyd edək ki, bu yaxınlarda Urfan Cəfərov Ukraynanın Truskavets şəhərində keçirilən “Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş Opera və Estrada  Vokalçıların IV Beynəlxalq Müsabiqəsi”ndə 18 müxtəlif ölkədən gələn (16-40 yaş )xüsusi ifaçılar arasından "Qran Prix" qazanıb. Müsabiqənin əsas prizi, ABŞ-nın Nyu-York ştatında dünya şöhrətli konsert arenası olan - Karnegi Hollda solo konsert  nüfuzlu sertifikatını ilk azərbaycanlı olaraq əldə edib.