"Çeburaşka"nın yaradıcısı vəfat etdi

Mışhur rusiyalı animator, rejissor, ssenarist Leonid Şvartsman 101 yaşında vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə “Soyuzmultfilm”in şef-redaktoru Sergey Vladimiroviç Kapkov məlumat yayıb. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Şvartsman “Çeburaşka”, “Timsah Gena” “38 tutuquşu”, “Balina, səni gözləyirəm” kimi cizgi filmləri ilə məşhurlaşıb. “Qırmızı çiçək”, “Qızıl antilop”, “Qar kraliçası”, “Vuf adlı pişik balası”, “Styopa əmi polisdir”, “Mitten” də onun əsas layihələri arasında yer alıb.