Şövkət Ələkbərovanın 100 illiyi qeyd ediləcək

Dekabrın 1-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində XX əsr Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyi münasibətilə xatirə gecəsi keçiriləcək.
Axşam.az xəbər verir ki, gecədə unudulmaz sənətkarın repertuarından tanınmış incəsənət xadimlərinin ifasında mahnılar səsləndiriləcək.