Orxan Gəncəbay əməliyyat olunacaq

Türkiyəli müğənni Orxan Gəncəbay əməliyyat olunacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi yeni albomunu hazırlamaq üçün səs tellərini əməliyyat etdirəcək.

78 yaşlı müğənni qısa müddət istirahət etdikdən sonra 6 mahnıdan ibarət musiqi toplusu üçün hazırlıqlara başlayacaq.