Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi açılıb - FOTOLAR

14 oktyabr 2022-ci il tarixində Bakı Fotoqrafiya Evində tanınmış Pakistan və Azərbaycan rəssamlarının birgə sərgisi açılıb. 
"Sherg.az" xəbər verir ki, sərginin mövzusu “Sülh və rifah incəsənət vasitəsilə” təbliğidir. Pakistanın Azərbaycandakı səfirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə sponsorluğu ilə gerçəkləşdirilən sərgi Pakistan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilir.

Tədbirdə çıxış edən səfir Bilal Hayi münaqişələr və təbii fəlakətlərlə üzləşən ümumi bəşəriyyətə sülh, ümid mesajı göndərmək məqsədi daşıyan sərginin mövzu əhəmiyyətini vurğulayıb. Səfir qeyd edib ki, iki qardaş ölkənin incəsənət xadimlərinin birgə təşəbbüsü mədəni əməkdaşlığın və insanların insanlarla təmaslarının gücləndirilməsi istiqamətində müsbət addım olub.

Sərgi oktyabrın 17-dək davam edəcək və heç bir giriş haqqı olmadan geniş ictimaiyyət üçün açıq olacaq.
Qeyd edək ki, sərgi çərçivəsində həmyerlimiz məşhur fotobloqqer İradə Qədirovanın da Pakistanda lentə aldığı fotolar nümayiş etdirilib. Bir-birindən maraqlı fotolar gələn qonaqlar tərəfindən olduqca yüksək qiymətləndirilib.