Türk aktyor Dəmiray Erül vəfat edib

Türk aktyor Dəmiray Erül 84 yaşında vəfat edib.
APA NTV-yə istinadən xəbər verir ki, bu barədə aktyorun işlədiyi teatr məlumat yayıb.
Qeyd edək ki, Dəmiray Erül "Kurtlar vadisi", "Arka sokaklar", "Cennet mahellesi", "Çiçek taksi" kimi məşhur ekran işlərində rol alıb.