Barış Manço türkləri “barbar” adlandıran fransız diktoru necə susdurub?


80-ci illərin  ortalarında məşhurluğu ölkəsinin sərhədlərini aşmış müğənni Barış Manço Fransada bir  televiziya proqramına dəvət alır.

Sherg.az lent.az-a istinadən bildirir ki, fransız diktor türklərə qarşı qərəzli münasibətini gizlətmir, tez - tez bu xalq barəsində xoşagəlməz ifadələr işlədirmiş.  Barış Manço səbirlə rəftar eləsə də, aparıcı susmur və nəhayət "savaş sevən barbar bir xalqın nümayəndəsi olaraq, çox gözəl ifalarınız var" deyir. 

Barış Manço aparıcıdan "cibinizdə  pul varmı?" deyə soruşur. Aparıcı təəccüblənsə də, cibindən bir ovuc xırda pul çıxarır.  Müğənni qəpiklərin arxasına döyülmüş şəkillərin kim olduğunu soruşur. Cavablar admiral, general şəklində olunca Barış Manço türk lirələrinin üstünə şəkilləri vurulmuş adamları sayır.

Bu adam şair Mehmet  Akif Ersoydur, bu adam isə böyük filosof Mövlanadır.  Bu isə" vətəndə sülh, dünyada sülh şüarını səsləndirmiş Atatürrkdür. Biz incə ruhlu, sülh tərəfdarı insanlar olduğumuza görə, pul vahidlərimizin üzərində də onların rəsmləri var. Əsl barbar fransızlar olduğuna görə, pullarınızın  da üzərinə alimlərin deyil, döyüşçülərin şəklini vurub. Bildiyimə görə, alimlərinizi də tonqallarda yandırmısınız".

Bu sözdən sonra yayım kəsilir və reklamlardan sonra canlı yayımı başqa bir aparıcı təqdim edir.