Aftandil İsrafilov sabah dəfn olunacaq

Xalq artisti, "Şöhrət" ordenli qarmon ifaçısı Aftandil İsrafilov sabah dəfn olunacaq.

Bu barədə “Report”a mərhumun qızı Həcər İsrafilova məlumat verib.

Onun sözlərinə görə, vida mərasimi aprelin 30-u saat 11:00-da Heydər məscidində olacaq: “Dəfn yerini isə hələ dəqiqləşdirməmişik”.

Xatırladaq ki, A.İsrafilov bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.