"Qəbirstanlıq da ona çox görüldü" - Afaq Bəşirqızı Tahir Əkbərdən danışdı

Xalq artisti Afaq Bəşirqızı mərhum bəstəkar Tahir Əkbərdən danışıb.
“Sherg.az” xəbər verir ki, bu barədə müğənni Xatun video paylaşıb. Aktrisa Tahir Əkbər üçün nəsə edəcəyini söyləyib:
“Əvvəl necə mahnılar var idi. Ölən bəstəkarlara çox təəssüflənirəm. Amma məni Tahir Əkbər qədər yandıran olmadı. Allah mənə imkan yaratsın, o kişi üçün nəsə edim. Hətta ailəsinin də ürəyincə olmayan yerdə dəfn edildi. Qəbirstanlıq da ona çox görüldü. Mahnıları yazıb müğənnilərə verirmiş, ödəniş etmirlərmiş. Abırlı insan başqa şeydir”.
Aygün Tahir