Azərbaycan finala keçə bilmədi

Liverpulda baş tutan “Avroviziya-2023”ün birinci yarımfinalı yekunlaşıb. 
“Sherg.az” xəbər verir ki, “Tell me more” mahnısı ilə yarışan təmsilçilərimiz Tural və Turan Bağmanovlar finala keçə bilməyib. 
10 ölkə - Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya, Norveç böyük finala vəsiqə qazanıb.