Oskar mükafatçısı Zelenskini öydü: O, inanılmaz dərəcədə orjinaldır

Oskar mükafatlı aktyor və rejissor Şon Penn Rusiya-Ukrayna müharibəsindən bəhs edən “Super güc” sənədli filmini tanıtmaq üçün Cimmi Kimmelin televiziya şousuna qatılıb.

Sherg.az xəbər verir ki, Amerikalı sənətçi sənədli filmini təsvir edərkən Ukrayna prezidenti Vladimir Zelenski haqqında yüksək fikirlər səsləndirib və “o, inanılmaz dərəcədə orjinal insandır” deyib.


 
63 yaşlı Penn ABC-də yayımlanan tok-şousunda Kiyevdə Zelenski ilə görüşündən danışıb. O, Zelenskinin sənədli filmdə necə iştirak edəcəyini müzakirə etdikdən sonra səhəri şəhərdə raketlərin səsinə oyandıqlarını bildirib.


 
Rusiyanın Ukraynaya hücumları başlamazdan əvvəl Penn komediyaçı, dövlət rəhbəri  Zelenski haqqında film çəkmək üçün Ukraynaya getmişdi. ABŞ rəsmilərinin Ukraynanın təhlükəsiz olmadığı ilə bağlı ona xəbərdarlıq etdiyini bildirən məşhur aktyor, nə olursa, olsun ölkələrini tərk etmək fikri olmayan Ukraynalı prodüser qrupu ilə işlədiyini açıqlayıb.