“Şuşa – İƏT Gənclər Paytaxtı”nın bağlanış mərasimi keçirilib
14:03 04.12.2024
Mədəniyyət
904
“Şuşa – İƏT Gənclər Paytaxtı”nın bağlanış mərasimi keçirilib.
APA xəbər verir ki, bağlanış mərasimində Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun prezidenti Taha Ayhan və digər rəsmilər çıxış ediblər.
Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Qarabağ Universitetin inşası, tələbələrin burada təhsil alması dövlət başçısının gənclərə göstərdiyi qayğının nəticəsidir.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışı zamanı söyləyib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada belə bir tədbirin keçirilməsi böyük qürurdur:
“Azərbaycan bu il ərzində bir sıra nüfuzlu beynəlxalq tədbirləri, o cümlədən, COP29 kimi mötəbər qlobal konfransı yüksək səviyyədə təşkil etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər bir sahəyə olduğu kimi, gənclərə də qayğısı yüksək səviyyədədir".
Nazir həmçinin, fəal iştirak görə İslam ölkələrindən gələn gənclərə təşəkkürünü bildirib.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan deyib ki, 2015-ci ildən bəri OİC Gənclər Paytaxtı proqramı, müsəlman dünyası üzrə gənc liderləri gücləndirən mühüm bir platformaya çevrilib:
“Bu il Şuşa bu irsi davam etdirərək gənclərimizə liderlik etməyə, innovasiya yaratmağa və cəmiyyətlərinə əhəmiyyətli töhfələr verməyə imkan yaratdı. Bu tarixi ili başa vurarkən, gəlin Şuşanın dərsləri və nailiyyətlərini gələcəyə daşıyaq. Onun irsi bizə daha güclü tərəfdaşlıqlar qurmaq və müsəlman dünyasında daha böyük birliyə nail olmaq üçün ilham versin".
Tədbirin rəsmi hissəsinin sonunda İƏT Gənclər Paytaxtının simvolik açarı Şuşalı gənclər tərəfindən Mərakeş rəsmilərinə təqdim edilib.
Xatırladaq ki, "İƏT Gənclər paytaxtı gənclər forumu" gələn il Mərakeşdə keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda soyğunçuluq edən şəxs saxlanılıb
17:33 07.09.2026
Hadisə
Sülh danışıqları başlayır, amma müharibə SƏRTİLƏŞƏ BİLƏR - ŞƏRH
17:31 07.09.2026
Gündəm
Şahdağ və Şamaxıya dolu düşüb - FAKTİKİ HAVA
16:59 07.09.2026
Ekologiya
Rafael Qrossi: BMT-nin növbəti baş katibi mən ola bilərəm
16:37 07.09.2026
Dünya
Yəmən Silahlı Qüvvələri əks-hücumda: Ölkəyə nəzarət bərpa edilir
16:21 07.09.2026
Dünya
Qubada kanaldan meyit tapılıb
16:06 07.09.2026
Hadisə
AZAL: Uçuşların sayı 3 ildə təxminən iki dəfə artıb
15:49 07.09.2026
İnfrastruktur
Davutoğlu bu gün ifadə verəcək
14:53 07.09.2026
Dünya
Tərtərdə 52 yaşlı kişi güllələnib, saxlanılan var - YENİLƏNİB-1
14:33 07.09.2026
Hadisə
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edilib
14:16 07.09.2026
Gündəm
“Mexiko” sözünü sildi, “Amerika” yazdı - Trampdan yeni xəritə şousu
13:37 07.09.2026
Dünya
Kobaxidze istefa verməyə hazırlaşmadığını bildirib
13:22 07.09.2026
Region
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
13:16 07.09.2026
Gündəm