Daha bir jurnalist gələn il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini irəli sürüb.
Sherg.az-ın xəbərinə görə, jurnalist Aygün Muradxanlı 28 saylı Sabunçu III Seçki Dairəsindən Milli Məclis üzvlüyünə namizədliyini irəli sürdüyünü açıqlayıb:
"Bakının ən qədim kəndlərindən doğma Maştağanı, Nardaranı, Bilgəhi, Zabratı, parlamentdə təmsil etməyə iddialıyam. Müəllimlərimin, kəndimizin ağsaqqal və aydınlarının israrlı təkliflərindən keçə bilmədim. Ümid edirəm, ölkəmizdəki yenilik dalğası Bakı kəndlərinindən yan keçməyəcək. Dostlardan xeyir-dua, seçicilərimdən 9 fevralda aktivlik gözləyirəm".
Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-da keçiriləcək.