Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.
Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin nəticələri barədə məlumat verib.
Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib
Qaliblər arasında "Şərq" qəzetinin əməkdaşı Yeganə Bayramova da var.