“Hazırda Əfqanın vəziyyəti yaxşıdır”.
Bu sözləri Sherg.az-a Modern.az saytının rəhbəri Elşad Eyvazlı müavini Əfqan Qafarlının səhhəti haqqında danışarkən deyib.
O, bildirib ki, Ə.Qafarlının ürəyinə stend qoyulub:
“Bu həftənin şənbə günü isə açıq ürək əməliyyatı keçirəcək”.
Qeyd edək ki, bir neçə gün əvvəl jurnalist Ə.Qafarlı ürəyində yaranan problemə görə əməliyyat olunub, onun damarlarına stend qoyulub. Sonradan həkimlər açıq ürək əməliyyatı keçirilməsinə ehtiyac olduğunu bildiriblər.
Kənan Novruzov