Amaşov da namizədliyini irəli sürmədi

Mətbuat Şurasının sədri, depuatat Əflatun Amaşov fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Sherg.az-ın Bakıpost.az-a istinadla məlumatına görə, Milli Məclisin V çağışında 62 saylı Saatlı Seçki Dairəsindən deputat seçilən Ə.Amaşov builki seçkilərə qatılmamaq qərarı verib.

O, DSK-ya namizədliklə bağlı hər hansı sənəd təqdim etməyib.

MŞ sədrinin hazırda xaricdə olduğu bildirilir.