Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb  - FOTO


Fevralın 27-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə görüşüb.

"Sherg.az" xəbər ki, görüş zamanı Əhməd İsmayılov gənclər arasında media savadlılığının artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyindən və bu sahədə Agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. O, gənclər təşkilatlarının media subyektləri və nümayəndələri ilə effektiv əlaqələrinin qurulması, ictimaiyyəti məlumatlandırma mexanizmlərinin təkmilləşdirilməsindən bəhs edib.

"Gənclər təşkilatlarında media ilə işin effektiv təşkili üzrə bacarıqların artırılması” layihəsi çərçivəsində keçirilən görüşdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi üçün birgə layihələrin icrasının önəm daşıdığı vurğulanıb.

Görüşdə layihənin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb, layihənin gedişatı, keçiriləcək təlimlər müzakirə olunub. Qeyd edək ki, layihə çərçivəsində gənclər təşkilatlarında fəaliyyət göstərən PR menecerlər üçün təlim-görüşlərin təşkil olunması nəzərdə tutulur.