Türkiyədə yeni akademik dərgi fəaliyyətə başladı

Azərbaycan alimləri çalışmalarını "JOMİSS"ə göndərə bilər

Türkiyədə köç və məskunlaşma tarixi üzrə " JOMİSS " adlı akademik dərgi bir neçə aydır ki , fəaliyyətə başlayıb. Köç və məskunlaşma elmi istiqaməti əsas götürülməklə dərgidə tarix , ədəbiyyat , inşəsənət , sənət tarixi , pisxologiya , beynəlxalq münasibətlər , sosiologiya , ilahiyyat ,  iqtisadiyyat sahələri üzrə elmi akademik məqalələr , araşdırmalar çap olunur.

Sherg.az xəbər verir ki, dərgi ilə yaxından , ətraflı tanış olmaq istəyənlər elekton qaydada internet üzərindən yazılarını göndərə , redaksiya ilə əlaqələr qura bilərlər.

Azərbaycan alimlərinin qardaş Türkiyənin bu akademik nəşrindən faydalanaçağına inanır , elmi məqalə və araşdırmalarının geniş elmi çevrələrə cataçağına səy göstərəcəklərinə əminik.