“WhatsApp” messencerdə kanallar fəaliyyətə başlayıb

WhatsApp Telegrama bənzər kanal funksiyasını işə salıb. İndi bu funksiya 150 ölkədə əlçatandır.

APA xəbər verir ki, bu barədə məlumat şirkətin saytında əks olunub.

“Məqsədimiz ən yüksək məxfilik səviyyəsinə malik mesajlaşma xidmətini inkişaf etdirməkdir” – şirkət bildirib.

Qeyd edək ki, messencer iyun ayında Telegramdakına bənzər kanalların istifadəyə verildiyini elan etmişdi. Yenilik ilkin olaraq Kolumbiya və Sinqapurdan olan istifadəçilər üçün əlçatan olub.