Şuşada TÜRKSOY Media Mükafatının təqdimatı olub - FOTO

Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimində TÜRKSOY Media Mükafatı təqdim olunub.
"Sherg.az" xəbər verir ki, 2023-cü il üzrə TÜRKSOY Media Mükafatı Azərbaycandan Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılova təqdim edilib.
Bundan başqa eyniadlı mükafat bir sıra türkdilli mətbuat üzvlərinə də verilib.