“Sənət bir terapiyadır” - MÜSAHİBƏ+ FOTOLAR

Gənc rəssam, sənətşünas və sənət terapisti   Turan Bağırova ilə müsahibə:
Sual :Gəlin, biz sadə sualdan başlayaq: Necə oldu rəssamlığı seçdiniz?
Cavab:Mən orta məktəbi Respublika İncəsənət Gimnaziyasındaoxumuşam. O məktəbdə oxumaq üçün bir ixtisas seçimi gərəkli olduğu üçün məndə rəssamlığı seçdim və beləliklə rəssam olmaq yolunda ilk addımlarımı atdım.  Bu yolu seçdiyim üçün  hazırda çox xoşbəxtəm.

Sual:Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biri dini rəsmlərin çəkilməsidir. Bu bizdə az müraciət olunan sahədir. Marağınız və müəlliminiz  haqqında?

Cavab:Rəsm çəkməyi, boyaları, fırçaları çox sevirdim, amma buna baxmayaraq  illərdi axtarışda idim. Təsviri incəsənətin demək olar ki, hər növü ilə maraqlanmışam,  amma yenə də sırf məni qane edənin  nə olduğunu tapa bilmirdim. Belə oldu ki,mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində olan İncəsənət kollecində pedaqoji
 fəaliyyətəbaşladımvəmənə miniatür sənəti dərsini verdilər. Proqramım ilə tanış olanda orda kalliqrafiya sənətini gördüm və  dedim budur. Mən kalliqrafiya və rəngkarlığı sintez edib istədiyimi edə bilərəm. Ərəb əlifbasını öyrənməyə başladım və fikirləşdimki, bunu davam etdirmək üçün bir motivasiya  lazımdır. Məqsəd qoydumki, bu mövzuda sərgi edəcəm. 6 ay ərzində işlərimi tam hazır etdim və sərgim çox gözəl oldu. Məncə hər bir şeyin öz zamanı var və məndə nə istədiyimi bu yaşımda tapdım.  Onuda qeyd edim ki, kalliqrafiya üzrə müəllimim olmayıb.

Sual:Müasir dövrdə kalliqrafiya sənətinin rəssamlıq tarixindəki yeri haqqında nə deyə bilərsiniz?
Cavab:Kalliqrafiya ta qədimdən bəri var olan bir sənətdir. Xəttatlıq qədər qədimdir və xəttatlığın daha kamil formasıdır demək olar, bəlkə də. Çox təəssüfki, müasir dövrdə az istifadə olunur. Rəngkarlıq və kalliqrafiyanın sintezindən ibarət sərgim Azərbaycanda ilk dəfə idi. Rəssamlıq aləmində və mediada da bu belə qeyd edildi. Çox şükür, mən bunu bacardım.İnşallah, məndən sonra gələnlər üçün açıq yol  olar.

Sual:Rəssamlar üçün tükənməz ilham qaynağı rolunu oynayan nələrsə olur. Sizin ilham qaynağınız nədir? Nədən təsirlənirsiz? İdeyaları nədən götürürsüz?
Cavab:Mən hər bir şeydən ilham ala bilərəm.Ümumiyyətlə çox araşdıran, çox oxuyan biriyəm. Hər zaman özümə bir ilham qaynağı yaradıram, həvəsdən düşməyə qoymuram özümü. Tələbələrimədə hər zaman deyirəm ki, qəti, məndə alınmır deməyin, ən sevmədiyim sözdür. 

Sual:Milliyyətcə İspan olanFransız rəssamı, heykəltaraşı, keramisti  və dizayneri Pablo Pikasso deyirdi: “Sənət gündəlik həyatın tozunu ruhdan təmizləyir”.Siz necə düşünürsüz?
Cavab: Pablo Pikasso sevdiyim rəssamlardan biridir. Çox düzdür. Sənət bir terapiyadır və mənim fikrimcə bacarığından asılı olmayaraq hər bir insan hansısa bir sənət növü ilə məşğul olmalıdır. 

Sual:Kоlоrit bоyakarlıq əsərlərinin başlıca təsvir vasitəsidir. Rənglərin bir- birinə uyarlılığı, ahəngdarlığı əsərin kоlоritini təşkil еdir. Əsərin hansı rəng tоnunda işlənilməsi оnun məzmunundan asılı оlaraq dəyişir, yoxsa necə?
Cavab: Rənglərin bir birinə uyumluluğunu mən çox sevirəm və rəsmlərimdə ona çox önəm verirəm. Mənim fikrimcə,  rəsm sənəti azaddır. Deyə bilmərəmki, hər zaman və hər kəsdə  məzmundan asılıdır, hər rəssamın özünəməxsus bir yolu var.

Sual:Coğrafi mövqeyinə görə, Azərbaycan müxtəlif mədəni cərəyanların qovuşduğu yerdir. Klassik Şərq mədəniyyəti, müasir Avropa dəyərləri bizdə sintez oluna bilir. Sizin yaradıcılığınız, şübhəsiz ki, Şərq mədəniyyətini təmsil edir. Amma ona müasir traktovka verməyi düşünürsünüzmü və bunu nə ilə realizə etmək olar?
Cavab: Bəli, mən elə onu edirəm. Kaliqrafiyanı müasir rəngkarlıq üzərində tətbiq edirəm və bunu çox sevirəm.Sizin bunu dəyərləndirməyinizi, müəllif kimi uğurum hesab edirəm.

Sual:Hələlik ən yeni  işiniz olan“Əsmayi-hüsna”  marağımızı çəkdi. Gələcək üçün planlarınız?
Cavab:“Əsmayi-hüsna”  ilk işləmək istədiyim işlərdən idi, lakin çox vaxt apardığından sərgiyə kimi çatmaz deyə onu saxladım. Sərgidən sonra işləməyə başladım və 3 aya hazır oldu. Allahın 99 ismi var. Bunlar bir yerdə Əsmayi-hüsna (ən gözəl adlar)  adlanır. Gələcəkplanlarım çoxdur.İnşallah həyata keçirmək qismət olar. Arzularımdan biri- Kəbəni ziyarət etmək və canlı olaraq  rəsmini çəkməkdir.

Sual:Son olaraq bu yolda sizə kim dəstək olub və kimlərə borclusunuz?
Cavab: Nəinki bu yolda, həyatımın hər anında yanımda olan mənə ən əsası mənəvi dəstək olan anamdır. Allaha çox şükürlər olsunki, belə bir anaya sahibəm. Ətrafımda mənə dəstək olan insanlardan biridə Universitetdə rəsm müəllimim  olmuş Elnarə xanımdır, illərdir dəstəyini əsirgəmir. Mənə dəstək olan, yanımda olan hər kəsə təşəkkürümü bildirirəm!
Qeyd edək ki, Bağırova Turan İlham qızı İncəsənət Gimnaziyasının rəssamlıq fakultəsini bitirib.

 MədəniyyətvəİncəsənətUniversitetininqrimrəssamı fakültəsində təhsilinidavametdirib. Rəssamlıq Akademiyasının Sənətşünaslıq fakultəsinin magistratura pilləsini uğurla tamamlayıb. Hal-hazırda Rəssamlıq Akademiyasının  nəzdindəİncəsənət kollecində pedaqoji fəaliyyət göstərir. Əlavə olaraqda öz rəsm kursu var. Rəssam, sənətşünas və sənət terapisti kimi biliklərini daha yeni nəsilə öyrədir.
                                                                                                                                                                                                 
 Müsahibə alan: Səadət Bəhmənqızı