Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, şair, oxucuların sevimlisi Salam Sarvanın dünən - avqustun 10-u ad günü idi.
"Sherg.az" yazarla əlaqə saxlayıb, hal-əhval tutub, doğum gününü təbrik edib.
Həmsöhbətimiz çox danışmaq istəməsə də, oxucuları üçün az da olsa, məlumat öyrəndik.
-Salam bəy, necəsiz?
-Sağ olun, yaxşıyam.
-10 avqust ad gününüz idi, gec də olsa, təbrik edirəm.
-Təşəkkür edirəm.
-Ad gününüzü necə keçirdiniz ? Təəssüratlarınızı bölüşməynizi istərdik...
-Son vaxtlar ad günlərimi qeyd etmirəm. Ümumiyyətlə təntənəyə heç vaxt meylim olmayıb. Sadəcə evdə ailəmlə qeyd etdim.
-Yeni yaşınızdan gözləntiləriniz nələrdir? Planlarınız varmı?
-İndi hal-əhval tutmaqdan keçdi sorğu-suala, hə?
-Demək olar ki... Sizinlə müsahibə daha maraqlı olar.
-Bura qədər bəsdir, Şahanə xanım. Oldumu?
- Bəy, əlavə 1 sual verim, elə yekunlaşdıraq, olarmı?
-O nə sualdır?
-Sanki bir az ədəbiyyatdan uzaqlaşmısız, bunun səbəbi nədir?
-Xeyr, ədəbiyyatdan uzaq düşməmişəm. Sadəcə 4-5 ildir ki, feysbukda yoxam. Texnologiya dövrüdür, bizim oxucular ancaq müəllifləri o məcrada oxumağa öyrəşiblər. Yəqin ona görə belə təəssürat yaranıb. Yazıram, çap etdirirəm.
-Hazırda üzərində işlədiyiniz hansısa yazınız, şeiriniz var?
-Bəli olur. Ara-sıra şeir yazıram.