Azərbaycan milli futbol komandasının italiyalı baş məşqçisi Canni De Byazi tutduğu vəzifədən uzaqlaşdırılıb.
AFFA İcraiyyə Komitəsinin iclasında italiyalı mütəxəssislə müqavilənin müddəti uzadılmadı.
Beləcə De Byazi Azərbaycan millisindən getməli oldu.
Canni De Byazinin gedişindən sonra millinin baş məqçilik postu üçün ictiamiyyət tərəfindən adı ən çox çəkilən baş məqçilərdən olan 52 yaşlı tərcrübəli mütəxəssis Tərlan Əhmədov “Sherg.az” ın suallarını cavablandırıb.
Söhbəti təqdim edirik:
-Canni De Byazi təxminən 3 ilə yaxın Azərbaycan millisinə baş məqçilik etdi. Onun bu dövrlərdəki fəaliyyətini necə qiymətləndirirsiz ?
-Açıqcası fəaliyyətini başa vurub, gedən adamın arxası ilə danışmaq düzgün olmaz. Amma daha yaxşı nəticə ola bilərdi. Hazırki milli komanda oyunçu profili baxımından bəlkə də son illərin ən yaxşı millilərindən biridir. Oyunçuların bir çoxunun klub səviyyəsində beynəlxalq təcrübələri var. Legioner həyatı yaşayan, millişədirilən oyunçularımızda kifayət qədər çoxdur. Əfsuslar olsun ki, biz yalnızca Estoniyadan üstün olduq. Düzgün taktika olsaydı Millətlər Liqasında və Avropa Çempionatının seçmə mərhələsində daha uğurlu nəticələr əldə etmək olardı. Oyun taktikası baxımından De Byazini ən çox tənqid edənlərdən biri mən idim. Millətlər Liqasında rəqibin bizdən zəif və ya güc olması fərq etmədən meydana 5 li müdafiədən ibarət heyyət çıxarırdı. Belə olan təqdirdə komanda hücumda çoxluqlar yarada bilmirdi. Hər zaman qorxaq futbola üstünlük verirdi. Bunun üçün də çox tənqid olunurdu. Keçən bu 3 il ərzində milli komandamıza daha çox fayda verə bilərdi. Amma artıq bunlardan danışmağın heç bir önəmi yoxdur. Bunlar keçmişdə qalıb. Çalışmaq lazımdır ki, bundan sonra atılacaq addımlar daha yaxşı olsun.
-Hazırki milli komandanı necə qiymətləndirirsiz ? Hərhansı uğurlara imza atmaq olarmı ?
-Əlbəttə, indiki yığma komanda ilə yaxşı nəticələr əldə etmək olar. Təbii ki, Dünya və ya Avropa Çempionatlarına birbaşa vəsiqə əldə etmək çox çətin görsənir. Lakin ikinci yer uğrunda mübarizə aparmaq olar. Yaxşı komanda formalaşdıraraq 3-4 il sonrası üçün güclü kollektiv yaratmaq mümkündür.
- Q.Qurbanovun qısa bir dönəmini istisna etsək millimizi son dövlər ancaq əcnəbi baş məqçilər çalışdırıb. Necə düşünürsüz yerli mütəxəssislərə güvənməyin zamanı deyilmi?
-İllərdir əcnəbi mütəxsislərin biri gəlir biri gedir. Ortada boşa xərclənən zaman və vəsaitlərdir. Onlara ayrılan pulları uşaq futbolunun akademiyalarına ayırsaydıq, kəmiyyət və keyfiyyət baxımından daha çox futbolçu yetişdirmiş olardıq. Düşünürəm ki, artıq yerli mütəxəssislərə üstünlük vermək lazımdır. Yerli mütəxəssilərin hər biri istər futbolçular barəsində istərsədə çempionat haqqında daha çox məlumata və təcrübəyə malikdirlər. İndiki məqamda millini təmsil edən futbol komandasında milli ruh olmalıdır. Əgər bir komandanın baş məşqçisi və futbolçularının çoxu Azərbaycan himnini bilmirlərsə, deməli ortada milli ruh deyilən heçnə yoxdur. Oyuna çıxan zaman oyunçular qalib Azərbaycan dövlətini təmsil etdiklərinin fərqində olmalıdırlar. Bunu futbolçulara əcnəbi mütəxəssis aşılaya bilməz. Milliləşdirilən futbolçu sayına görə Azərbaycan ön pillələrdədir. Amma bu oyunçularla heçnə əldə etmirik. Məsələn Höccəət Haqqverdini oynadaraq uduzmaqdansa, Amin Seydiyevi oynatmaq lazımdır. Estoniya və İsveçə Amin Seydiyevlə də qalib gəlmək mümkündür. Yerli mütəxəssislər milli futbolçuların psixologiyasına da bələddirlər. Hesab edirəm ki, uzun müddətdən sonra artıq milli komandanı çalışdırmaq üçün yerli mütəxəssislərə imkan verilməlidir.
-İdman jurnalistləri və vətəndaşlar arasında millinin baş məşqçisi olması üçün ən çox adı çəkilən mütəxəssislərdən biri də Sizsiniz. Vaxtilə formasını da geyindiyiniz Azərbaycan milli komandasını baş məşqçi olaraq çalışdırmaq təklif edilərsə, qəbul edərsinizmi ?
-Əlbəttə, böyük şərəf və qürur hissi ilə qəbul edərəm. Mən ömrümü Azərbaycan futbolunun inkişafına həsr etmişəm. Bu gün işlədiyim klublarda gördüyüm işləri dəyərləndirən və mənim adımı milli komandanın baş məşqçilik postuna layiq görən hər kəsə dərin təşəkkürümü bildirirəm. Bizim futbol sevərlərimiz kimin daha uğurlu olduğunu, kimin nəyə qadir olduğunu kənardan yaxşı görürlər. Mən daha çox gənc fubtolçularla işləməyi sevirəm. Qeyd etdiyim kimi Azərbaycan millisini çalışdırmaq mənə təklif olunarsa, heç bir şərt irəli sürmədən milli komandanın sükanı arxasında canla-başla dövlətimə, millətimə fayda vermək üçün fəalliyətimi davam etdirməyə hazıram.
-Baş məşqçi təyin olunsaz, Tərlan Əhmədovun komandasını Canni De Byazinin komandasından fərqləndirən ən mühim xüsusiyyət nə olacaq?
-Az öncədə qeyd etdiyim kimi, hazırkı Azərbaycan yığma komandasında milli ruh çatışmır. Əgər meydanda mübarizə aparacaq futbolçularda milli ruh yoxdursa, taktika və sistemin heç bir önəmi qalmır. Futbolçu tərlətdiyi futbolkanın kluba deyil, milliyə aid olduğunu, meydanda bir milləti təmsil etdiyini anlamalıdır. Baş məşqçi təyin olunsam, Tərlan Əhmədov olaraq futbolçularımızın illərdir itridiyi bu milli ruhu geri qaytarmağa çalışacam.