Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə səfər edəcək.
APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ararat Mirzoyan dekabrın 11-12-də Brüsseldə işgüzar səfərdə olacaq.
Səfəri çərçivəsində Ermənistan XİN rəhbəri Aİ Xarici İşlər Şurası ilə görüşəcək, Şərq Tərəfdaşlığı ölkələrinin XİN başçılarının iclasında iştirak edəcək.
Mətbuat xidməti bildirib ki, Ararat Mirzoyanın ikitərəfli görüşləri də planlaşdırılıb.