Türkiyə hökuməti ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna danışıqlarında iştirak etmək üçün mayın 15-də İstanbula səfər edəcəyini gözləmir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Ancaq Türkiyə hakimiyyəti Amerika lideri və Rusiya Prezidenti Vladimir Putinin yaxın bir neçə gün ərzində İstanbula gələcəyini istisna etmir.
Donald Tramp bundan əvvəl gərgin Yaxın Şərqə səfər cədvəlinə istinad edərək, Türkiyəyə səfər etmək fikrini nəzərdən keçirəcəyini bildirmişdi.