Komitə sədri: Dini durumla bağlı qanunvericilikdə ciddi dəyişikliklər edilməsi zəruridir

“Siyasi partiyalar haqqında” çox mütərəqqi qanun qəbul edilib.
APA xəbər verir ki, bunu, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında komitə sədri Fazil Mustafa deyib.
Komitə sədri bildirib ki, qanunun icrası və tələbləri ilə bağlı məsələlər müzakirə edilməlidir: “Ölkədə dini durumla bağlı da xeyli təkliflərimiz var. Qanunvericilikdə bu istiqamətdə çox ciddi dəyişikliklər edilməsi zəruridir. Ona görə də bununla bağlı komitədə dinləmə keçiriləcək. Gəncə və Naxçıvanda da mövcud dini durumla bağlı səyyar dinləmərlərin keçirilməsini nəzərdə tuturuq”.