Vaxtdır! - “Cəbhədə ermənilərə güclü zərbə endirilməlidir!" - ŞƏRH

"Ermənistan tərəfi koronavirus pandemiyasına baxmayaraq, cəbhə xəttində təxribatlarını davam etdirir".
Bunu "Sherg.az"a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişə İnstitunun rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Politoloq bildirib ki, cəbhədə itkilərinə rəğmən, ermənilərin təxribatlarının arxasında birbaşa "Qarabağ klanı"na rəğbət bəsləyən separatçı rejim dayanır: 

""Qarabağ klanı"nın hərbiçilər arasında tərəfdarları var. Onlar qondarma "seçki" yaxınlaşdıqca vəziyyəti mürəkkəbləşdirməyə çalışırlar. Azərbaycan bu təxribatların layiqincə qarşısını alır.



Cəbhədə ermənilərə güclü zərbə endirməyin vaxtıdır. Məlumdur ki, ABŞ Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimə "Minalardan təmizlənmə" adı ilə maliyyə yardımını dayandırıb. Bu addım separatçıların Rusiya ilə bağlılından irəli gəlir. Çünki Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Vaşinqton burada rejimin dəyişilməsində maraqldır. Ona görə də Ermənistana vəsait ayırsa da Qarabağa maliyyə yardımını dayandırdı".

Siyasi şərhçinin fikrincə, Vaşinqtonun Qarabağa maliyyə yardımı "humanitar yardım" adlanadırılsa da, bu vəsait separtçıların maliyyələşdirlməsinə və hərbi sahəyə xərclənirdi: 

"ABŞ-ın hazırkı qərarının davamlı olması üçün Azərbaycan Vaşinqtonla danışıqlar aparmalıdır. Ağ Evdən digər separatçı qurumlara şamil etdiyi siyasəti Qarabağdakı separtçılara da tətbiq etməyi tələb etməlidir. Əgər, işğal olunmuş ərazilərdə Paşinyanın dəstək verdiyi qruplaşma "rəhbərliyə" gələrsə, ABŞ yenidən maliyyə yardımını tətbiq edə bilər. Amma burada əvvəlki rejimin qalıqları rəhbərlikdə qalarsa, Vaşinqton maliyyə yardımını kəsəcək".

Politoloqa görə, buradan bir daha aydın olur ki, Vaşinqton öz maraqları prizmasından çıxış edir: 

"Amerika erməni Komitəsinin ciddi səylərinə baxmayaraq, Qarabağa maliyyə yardımı dayandırdı".