“Bütün uğurlara baxmayaraq, məsələ hələ bitməyib. Döyüşlər davam edir”
Ermənistandan Dağlıq Qarabağa gedən yolun bir hissəsi bağlanıb. Bu barədə Ermənistan KİV-i məlumat yayıb. Qondarma Dağlıq Qarabağ rejiminin Laçın dəhlizindəki vəziyyət barədə verdiyi məlumatda Şuşa-Laçın magistral yolunun bir hissəsinin bağlandığı bildirilir.
Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri həmin istiqamətdə irəliləyir.
Millət vəkili Aqil Abbas bu barədə “Sherg.az”a danışıb:
“Həmin magistral yolun bağlanması düşmənin məğlubiyyətinin göstəricisidir. Bütün uğurlara baxmayaraq, məsələ hələ bitməyib. Döyüşlər davam edir. Hərbi əməliyyatlar tam bitəndə əminliklə qələbəyə sevinə bilərik”.