“Prezident ailəsi ilə birgə Şuşaya səfər edib, baxıb sevindim”

Xəbər verdiyimiz kimi  İSESKO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malikbu Şuşanın İslam dünyasının paytaxtı adlandırılması barədə açıqlama verib. O, yanvarın 14-də keçirilən tədbirdə məsələ ilə bağlı bunları söyləyib:


“Təklif etdik ki, Şuşa İslam dünyasının paytaxtı elan olunsun. Hesab edirəm ki, bu yaxın vaxtlarda baş tutacaq”.

Şübhəsiz ki, Şuşa hər gözəl ada layiqdir. Həm Azərbaycan mədəniyyətinin, həm də İslam dünyasının paytaxtı titulu məhz Şuşaya yaraşır.

“Sherg.az”la söhbətləşən xalq artisti Rasim Balayev də  İSESKO-nun Şuşayla bağlı təklifini yüksək qiymətləndirib. Sənətkar bunun  xoş xəbər olduğunu deyib:

“Biz fəxr etməliyik. Hər halda bununla bağlı beynəlxalq tədbirlər də təşkil olunacaq. Bir neçə il öncə ağlımıza gəlməzdi ki, Şuşa azad ediləcək və biz orda keçirilən tədbirlər haqqında düşünəcəyik.

Bu gün də Prezident ailəsi ilə birgə Şuşaya səfər etdi. Baxıb, sevindim, qürur duydum. Bəlkə də, bütün bunları yaşayacağımıza inanmazdıq.

Məsələn sonuncu dəfə 1989-cu ildə Şuşada olmuşam. İllər ötüb, 28 ildir Şuşa işğalda idi. İstəməyə-istəməyə onun yoxluğuna alışmışdıq. İndi isə Şuşayla bağlı layihələri müzakirə edirik.

Dediyim ki,  yaxşı addımdır. İslam dünyasının paytaxtı böyük addır. Müsbət dəyərləndirirəm”.