Kəlbəcərdə həlak olan jurnalistlərin nəşi Gəncəyə gətirilib - Foto


Kəlbəcər rayonunda minanın partlaması nəticəsində həlak olan AzTV-nin əməkdaşı Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun nəşi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilib.

APA-nın yerli bürosunun məlumatına görə, onların nəşi müayinə olunduqdan sonra yaxınlarına təhvil veriləcək.