Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də yaşadığı evdə vəfat edib.
1988-ci il təvəllüdlü R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir.