AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının iyunun 24-də imzaladığı sərəncamlarla 11 365 nəfər “Füzulinin azad olunmasına görə”, 11 831 nəfər “Xocavəndin azad olunmasına görə”, 3 435 nəfər “Zəngilanın azad olunmasına görə”, 10 211 nəfər “Cəbrayılın azad olunmasına görə”, 5 867 nəfər “Qubadlının azad olunmasına görə”, 5 784 nəfər “Şuşanın azad olunmasına görə”, 3 522 nəfər “Ağdamın azad olunmasına görə”, 4 225 nəfər “Kəlbəcərin azad olunmasına görə”, 2 643 nəfər “Laçının azad olunmasına görə”, 10 647 nəfər “Suqovuşanın azad olunmasına görə”, 731 nəfər “Vətən uğrunda”, 616 nəfər “İgidliyə görə”, 2 893 nəfər “Cəsur döyüşçü”, 786 nəfər “Döyüşdə fərqlənməyə görə”, 1 743 isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.
Prezidentin digər Sərəncamı ilə 2 nəfər “Qarabağ”, 28 hərbiçi “Azərbaycan Bayrağı”, 13 nəfər 3-cü dərəcəli “Rəşadət”, 7 nəfər isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunublar. Ümumilikdə təltif olunanların sayı 76 349 nəfərdir.