Şəhid Elşən Yunisli dəfn edilib - FOTO - VİDEO - YENİLƏNİB


11:36
Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak edib.



E. Yunisli rayonun Təzəkənd kənd qəbiristanlığında dəfn edilib

Dəfndən sonra havaya yaylım atəşi açılıb.

***



saat 10.26

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Şəmkirdə vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid Elşən Fazil oğlu Yunislinin nəşi rayonunun Təzəkənd kəndinə gətirilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak edir.

Şəhid Təzəkənd kənd qəbiristanlığında torpağa tapşırılacaq.