XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO


Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub.

“Report”un xəbərinə görə, Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərində bir çox igidliklər göstəriblər.

Onlardan da biri “Qarabağ” ordeni ilə təltif olunmuş mayor Nurlan Məmmədovdur. O, Daxili Qoşunların N saylı hərbi hissəsinin "Kobra" Xüsusi Təyinatlı Dəstəsinin (XTD) komandiridir. Döyüşlərə Füzuli istiqamətindən qoşulan N.Məmmədov Şuşanın düşməndən azad olunmasında göstərdiyi şüacətləri ilə yadda qalıb.